top of page

Fəaliyyətə çağırış: COP29 ərəfəsində Azərbaycanda siyasi repressiyalara son!


Azərbaycanda mövcud repressiya dalğasının kontekstini və ziddiyyətlərini araşdıran “Əliyevin paranoid dönüşü” (Oxu I hissə; II hissə; III hissə) trilogiyamızı yekunlaşdırmaq üçün sizə fəaliyyətə çağırışımızı təqdim edirik. Bu çağırış siyasi məhbusların siyahısı ilə müşayiət olunur. Onların sayı 300-ə çatır ki, bu da 2000-ci illərin əvvəllərindən bəri ən yüksək göstəricidir.


Mövqeyimizi vurğulamaq üçün bildirmək istərdik ki, biz Qərb liberal demokratiyası ilə Rusiya avtoritarizmi arasındakı saxta dixotomiyanı qəti şəkildə rədd edirik. İstər “liberal demokratiyanın avtoritarizmdən üstün olması” iddiası, istərsə də “çürük Qərb liberalizminin ənənəvi dəyərlərimizi məhv etməsi” iddiası olsun, hər iki narrativ kökündən zülmkar və aldadıcıdır. Bunlar hamısı bir bezin qırağıdır. Hər ikisi bizi istismar və zülm edən güc strukturlarını saxlamağa xidmət edir.


Biz azərbaycanlılar olaraq, Əliyev və Putin kimi avtokratlarla sövdələşməyə gələndə Qərbin “dəyərlər” adlanan öhdəliyindən necə asanlıqla imtina etdiyini yaxşı bilirik. Qərb Əliyev rejimini riyakarcasına neft və qaz ticarəti vasitəsilə legitimləşdirməklə  və indi də Azərbaycana COP29-a ev sahibliyini etmək şansı verməklə bir daha sübut edir ki, beynəlxalq münasibətlərin “dəyərə əsaslanan yanaşması” boşdur. Bu münasibətlərdə heç bir həqiqi dəyər yoxdur, yalnız maraqlar var. 


Bununla yanaşı, biz 200 ildən artıqdır ki, rus müstəmləkəçiliyi altında yaşayanlar olaraq çox yaxşı başa düşürük ki, Rusiya da heç bir real alternativ deyil. Rusiya əsrlər boyu xalqımıza əziyyət verən zülm irsini davam etdirərək, səfalət və ümidsizlikdən başqa heç nə vəd etmir. 


Bununla belə, biz başa düşürük ki, siyasi fəaliyyət, azad hərəkət və söz azadlığı üçün mövcud imkanlar hələ də liberal demokratiyalarda Rusiya, Türkiyə, Çin, İran və ya hər hansı digər avtoritar rejimlərlə müqayisədə bir qədər daha genişdir. Seçimimiz iki od arasındadır: pis - liberal demokratiya - və ya daha pis - Rusiya avtoritarizmi. Amma biz hər iki seçimdən imtina edirik.


Biz Qərb hökumətlərini boş qınaqlar verməyə və ya narahatçılıq nümayiş etdirməyə çağırmırıq. Bunu artıq dəfələrlə ediblər. Bunun əvəzinə biz müstəqil fəallar, araşdırmaçılar və jurnalistlərdən ibarət qlobal ictimaiyyətə müraciət edirik. Bizə lazım olan sizin həmrəyliyinizdir . Sizin hökumətlərinizə təzyiq etmək, şəriklikdən imtina etmək və zülmə qarşı bizimlə birlikdə olmaq gücünüz var.


Söhbət təkcə bir alim-fəaldan getmir; ziyalılara, fəallara və avtoritar rejimlərə meydan oxumağa cəsarət edən hər kəsə qarşı sistematik təqiblərə qarşı durmaqdan gedir. Söhbət qonşu ölkələrlə müharibələr aparan və münaqişələri sırf güc yolu ilə həll edən rejimlə əməkdaşlıqdan imtina etməkdən gedir. İndi məsələ COP29 kimi saxta bir tədbirdə iştirak edərək diktatoru legitimləşdirməkdən imtina etməkdir.


İndi Əliyev rejiminin maskasını açmaq və onların əsl simasını göstərmək vaxtıdır!

İndi susmaqdan imtina etmək vaxtıdır!

İndi həmrəylik nümayiş etdirmək vaxtıdır!


Fəaliyyətə çağırış:

 

Sosial Hərəkatlara və Aktivist Qruplara:


1. Hökumətlərinizə təzyiq edin: COP29-u boykot etməyi tələb etmək və ya tədbir zamanı Azərbaycanın repressiv hərəkətlərini vurğulamaq üçün təşkilatlanın.

2. Nümayişlər: Azərbaycanın dünyadakı səfirlikləri qarşısında nümayişlər keçirin.

3. Məlumat verin və Əlaqələndirin: Məlumat xarakterli tədbirlərə ev sahibliyi edin və azərbaycanlı fəallarla əlaqə saxlayın.

4. Sanksiyalar: Əliyevə və onun əlaltılarına qarşı sanksiyaların tətbiqinə çağırış edin.

5. Birbaşa Fəaliyyət: Birbaşa hərəkət etmək üçün yerli antifa qrupları ilə əməkdaşlıq edin.

6. Dəstək: Azərbaycan repressiyalarından əziyyət çəkənlərlə resursları paylaşın. Təşkilat və müqavimət üçün müəyyən vasitələrlə təmin edin.

7. Həmrəylik Evi: Repressiyadan qaçanlara yaşayış yeri və dəstək təklif edin.

    

Mediaya:


1. Azərbaycanlı Səslərə yer verin: Azərbaycanlı fəallara davam edən repressiyalar haqqında danışmaq üçün platforma verin. Təkcə karyeranızı artırmaq üçün deyil, onların səslərini gücləndirmək üçün imtiyazınızdan istifadə edin.

2. Rejimi ifşa edin: Əliyev rejiminin üzünü ağ göstərməsinə töhfə verməkdənsə, onunla bağlı həqiqətləri ifşa edin.

 

Alimlərə:


1. Akademik Həmrəylik: Azərbaycanda alimlərin təqib edilməsini vurğulayan və regiondan gələn səsləri əhatə edən konfranslar təşkil edin.

2. Riskdə olan Alimlərə Dəstək: Universitetlərinizdə “Təhlükədə olan Alimlər” proqramları vasitəsilə Azərbaycan alimlərinin dəstəklənməsini müdafiə edin.

3. Əlaqələri kəsin: Universitetlərinizi dövlət təbliğatında şərik olan Azərbaycan qurumları ilə əlaqələri kəsməyə sövq edin. Tələbə şuralarında və elmi komitələrdə bu məsələni qaldırın, hesabatlılıq və akademik azadlıq üçün tələblər edin. 

   

İndi hərəkət etmək vaxtıdır. Bizim həmrəyliyimiz onların repressiyalarından güclüdür!



2023-cü ilin avqustundan bu günə kimi siyasi məhbusların siyahısı  


Hazırda Azərbaycanda 300-ə yaxın siyasi məhbus var. Onların əksəriyyəti dini fəallardır. Qalanları isə jurnalistlər, alimlər, həmkarlar ittifaqı və siyasi partiya üzvləri, Tərtər işi üzrə tutulanlar, hüquq müdafiçiəçiləri və digərləridir. Qeyd edilən kateqoriyaları, məhbusların sayı ilə birgə Turan İnformasiya Agentliyinə istinadən aşağıda paylaşırıq. 


1 – "jurnalistlər və blogerlər" - 20 nəfər;

2 – "hüquq müdafiəçiləri" - 3 nəfər;

3 – “müxalifət partiyalarının və hərəkatların üzvləri” - 28 nəfər;

4- “Almaniyadan deportasiya edilmiş siyasi mühacirlər” - 5 nəfər;

5 – "dindarlar" – 216 nəfər;

6 – "Tərtər işi üzrə mühakimə olunanlar" - 7 nəfər;

7 – "Gəncə işi üzrə mühakimə olunanlar” – 13 nəfər;

8 – "ömürlük məhkumlar" - 11 nəfər.


Son bir il ərzində tutulmuş siyasi məhbusların siyahısı adbaad aşağıda görə bilərsiniz. 


İyul 2023 - görkəmli alim və iqtisadçı Qubad İbadoğlu mütəşəkkil dəstə tərəfindən saxta pulların hazırlanması, əldə edilməsi və ya satışı ilə bağlı uydurma ittihamlarla həbs edilib. Hal-hazırda beynəlxalq təzyiqlərdən sonra ev dustaqlığındadır. 


Avqust 2023 - Fazil Qasımov, iqtisadçı, alim, Türkiyədə həbs edilərək Bakıya təhvil verilib. Onun həbsi Qubad İbadoğlunun işi ilə bağlıdır. O, mütəşəkkil dəstə tərəfindən saxta pul və ya xarici valyuta hazırlamaq və satmaqda və dini-ekstremist fəaliyyətdə ittiham olunur. Hazırda aclıq aksiyası keçirir. 


Avqust 2023 - Afiyəddin Məmmədov, kuryerlərin həmkarlar ittifaqı olan “İşçi Masası” müstəqil qurumunun rəhbəri, siyasi fəal, silahdan istifadə etməklə xuliqanlıq və qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə həbs edilib. Onun ittihamları indi ağırlaşdırılıb və onu 11 il həbs gözləyir. 


Avqust 2023 - Ayxan İsrafilov, kuryerlərin həmkarlar ittifaqı olan “İşçi Masası” müstəqil qurumunun üzvü,  satış məqsədi olmadan külli miqdarda narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması ittihamı ilə həbs edilib. Onun məhkəməsi davam edir. 


Avqust 2023 - Elvin Mustafayev, kuryerlərin həmkarlar ittifaqı olan “İşçi Masası” müstəqil qurumunun üzvü, satış məqsədi olmadan külli miqdarda narkotik vasitələrin əldə edilməsi, daşınması, saxlanması ittihamı ilə həbs edilib. Onun məhkəməsi davam edir.


Avqust 2023 - Azərbaycan hökumətinin marionet mediası müharibə əleyhdarı və feminist fəallara hücum edir, onları vətənə xəyanətdə və ənənəvi dəyərləri məhv etməkdə ittiham edərək onları ləkələyir. 


Noyabr 2023 - "Abzas Media"nın (müstəqil media orqanı) direktor müavini Məhəmməd Kekalov həbs edilib və pul qaçaqmalçılığında ittiham olunur. Bu yaxınlarda, avqustun 18-də onun ittihamları ağırlaşdırılıb və indi onu 12 il azadlıqdan məhrumetmə cəzası gözləyir. O, hazırda istintaq təcridxanasındadır. 


Noyabr 2023 - “Abzas Media”nın (müstəqil media orqanı) direktoru Ülvi Həsənli həbs edilib və pul qaçaqmalçılığında ittiham olunub. Bu yaxınlarda, avqustun 18-də onun ittihamları ağırlaşdırılıb və indi onu 12 il azadlıqdan məhrumetmə cəzası gözləyir. O, hazırda istintaq təcridxanasındadır. 


Noyabr 2023 - Abazas Media-nın (müstəqil media orqanı) baş redaktoru Sevinc Vaqifqızı həbs edilib və pul qaçaqmalçılığında ittiham olunub. Bu yaxınlarda, avqustun 18-də onun ittihamları ağırlaşdırıldı və indi onu 12 il həbs gözləyir. O, hazırda istintaq təcridxanasındadır. 


Noyabr 2023 - Əziz Orucov, müstəqil jurnalist, məşhur Youtube kanalı olan Kanal 13-ün direktoru həbs edilib və qanunsuz tikintidə ittiham olunub. Daha sonra ona qarşı da pul qaçaqmalçılığı ittihamı irəli sürülüb. 


Dekabr 2023 - Kanal 13-ün jurnalisti Şamo Eminov pul qaçaqmalçılığı ittihamı ilə həbs edilib. 


Dekabr 2023 - Abzas Media-nın jurnalisti Nərgiz Absalamova həbs edilib və qaçaqmalçılıqda ittiham olunub. Bu yaxınlarda, avqustun 18-də onun ittihamları ağırlaşdırıldı və indi onu 12 il həbs gözləyir. O, hazırda istintaq təcridxanasındadır.


Dekabr 2023 - Hafiz Babalı, Turan Agentliyinin (müstəqil media orqanı) jurnalisti həbs edilib və pul qaçaqmalçılığında ittiham olunub. Onun işi “Abzas Media” işi ilə əlaqələndirilib. Bu yaxınlarda, avqustun 18-də onun ittihamları ağırlaşdırılıb və indi onu 12 il azadlıqdan məhrumetmə cəzası gözləyir. O, hazırda istintaq təcridxanasındadır. 


Dekabr 2023 - Tofiq Yaqublu, siyasətçi, müxalif Müsavat Partiyasının üzvü, saxtakarlıq və dələduzluqda ittiham olunaraq həbs edilib.


Dekabr 2023 - İlhamiz Quliyev, siyasi fəal, narkotik alverində ittiham olunur. Hazırda istintaq təcridxanasında saxlanılır.


Dekabr 2023 - Möhyəddin Orucov, siyasi fəal, külli miqdarda narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə ittiham olunaraq həbs edilib. Hazırda istintaq təcridxanasında saxlanılır.


Yanvar 2024 - Elnarə Qasımova, Abzas Media-nın jurnalisti həbs edilib və pul qaçaqmalçılığında ittiham olunub. Bu yaxınlarda, avqustun 18-də onun ittihamları ağırlaşdırıldı və indi onu 12 il həbs gözləyir. O, hazırda istintaq təcridxanasındadır.


Mart 2024 - Toplum TV-nin (müstəqil media orqanı) təsisçisi Ələsgərli Məmmədli və hüquq müdafiəçisi həbs edilib və qaçaqmalçılıqda ittiham olunub. Onun səhhətində ciddi problemlər var.


Mart 2024 - Toplum TV-nin (müstəqil media orqanı) jurnalisti Müşfiq Cabbarov həbs edilib və qaçaqmalçılıqda ittiham olunub. 


Mart 2024 - Ruslan İzzətli, Üçüncü Respublika Platforması (siyasi partiya), pul qaçaqmalçılığında ittiham olunur. İstintaq təcridxanasında saxlanılır.


Mart 2024 - Akif Qurbanov, Üçüncü Respublika Platforması (siyasi partiya), pul qaçaqmalçılığında ittiham olunur. İstintaq təcridxanasında saxlanılır.


Aprel 2024 - Tanınmış hüquq müdafiəçisi Anar Məmmədli həbs edilib və qaçaqmalçılıqda ittiham olunub. 


May 2024 - Famil Xəlilov, İsveçdən readmissiya edilib, sosial şəbəkələrdə tənqidi yazılar paylaşıb, əlildir, narkotik alverində ittiham olunur. Hazırda aclıq aksiyası keçirir.


İyun 2024 - Fərid Mehrəlizadə, iqtisadçı, həbs edilib və Abzas Media işi ilə əlaqəli pul qaçaqmalçılığında ittiham olunub. Bu yaxınlarda, avqustun 18-də onun ittihamları ağırlaşdırılıb və indi onu 12 il həbs gözləyir. O, hazırda istintaq təcridxanasındadır.


İyul 2024 - Talış (Azərbaycan və İranda yaşayan etnik qrup) alim və fəalı İqbal Əbilov həbs edilib və dövlətə xəyanətdə ittiham olunub. 


İyul 2024 - Keçmiş diplomat və hazırda hökuməti tənqid edən Emin İbrahimov, silahdan istifadə etməklə qəsdən sağlamlığa zərər vurma. Hazırda o, aclıq aksiyası keçirir. (2020-ci il martın 13-də Emin İbrahimov ölkədə seçki hüququnun və azadlıqlarının boğulmasına etiraz olaraq istefa ərizəsi ilə Xarici İşlər Nazirliyinə müraciət edib və diplomatik fəaliyyətini dayandırıb).


Avqust 2024 - Tanınmış araşdırmaçı və müharibə əleyhdarı Bəhruz Səmədov həbs edilib və vətənə xəyanətdə ittiham olunduğu bildirilir.

56 views

Comments


bottom of page