Aşağıdakı press-reliz Azərbaycanda həbs edilmiş talış alimi İqbal Əbilovun dostları və ailəsi tərəfindən hazırlanıb. Bu press-relizi yenidən dərc etməklə biz İqballa bağlı müzakirələri ictimaiyyətin diqqətində saxlamağa çalışır, İqbal və ailəsi ilə həmrəy olduğumuzu bildirmək istərdik.
Beynəlxalq təşəbbüs qrupu talış alimi İqbal Əbilovun haqlarının
müdafiə kampaniyasını başladır
Brüssel, Belçika, 30.07.2024 – Müxtəlif ölkələrdən olan fəal aktivistlər tanınmış etnoqraf və
alim, talışşünaslıq üzrə yeganə elmi jurnalın - Talış Milli Akademiyasının Xəbərlərinin baş
redaktoru, Azərbaycan hökuməti tərəfindən qanunsuz və əsassız həbs olunmuş İqbal
Əbilovun hüquqlarının müdafiəsi məqsədilə beynəlxalq təşəbbüs qrupu yaradıblar. İqbal
Əbilov 22 iyul 2024-cü il tarixində hüquqları kobud şəkildə pozularaq həbs edilib və
qondarma ittihamlarla vətənə xəyanət (CM, m.274), xarici casusların tapşırığı ilə dövlət
əleyhinə ictimai çağırışlar (CM, m. 281.3) və milli zəmində ədavət salma (CM, m. 283.1)
kimi olduqca ağır cinayətlərdə təqsirləndirilir.
Cənubi Qafqaz və Yaxın Şərqdə müxtəlif etnik və dini qrupların mədəni xüsusiyyətlərini, o
cümlədən türk dili və mədəniyyətini hərtərəfli araşdırması ilə tanınan Əbilovun işi yalnız
elmi xarakter dasıyır və heç bir siyasi yönümlülüyü yoxdur. Əbilovun redaktoru olduğu
Talış Milli Akademiyasının Xəbəbrləri elmi jurnalının səhifələrində talışların tarixi, etnoqrafiyası, mədəniyyəti və dili üzrə Rusiyanın, Azərbaycanın, Fransanın, İranın,
Niderlandın, Ermənistanın və Şimali Kipr Türk Respublikasının aparıcı alimləri məqalələrini
nəşr ediblər. Lakin Azərbaycan hökuməti erməni alimlərinin yazılarının daxil edilməsini
xəyanətin sübutu kimi qələmə verməyə çalışır.
Onun həbs edilmə şəkli və üzərinə atılan ittihamlar olduqca təşviş doğurur. Belə ki,
repressiyaya məruz qalmış və həbsxanada faciəvi şəkildə işgəncə verilərək öldürüldüyünün Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən təsdiqlənmiş görkəmli talış alimi, mərhum professor Novruzəli Məmmədovun işi kimi, daha əvvəl təqib olunmuş digər talış fəal və alimlərin hadisələri ilə bənzərdir. Bu yanlış praktika meynstrimdən fərqli düşüncə sahiblərinə qarşı geniş işlədilən hazır qəlibdir. Bu özündə, reallığı əks etdirmədiyi halda, Talış intellektualları və fəallarının saxta separatizm, irredentizm və ermənipərəstlik kimi ittihamlarla nüfuzdan salınmasını ehtiva edir. İqbal Əbilovun təqsirsizlik prezumpsiyası və müdafiə hüququları kobud şəkildə pozulur. Beynəlxalq ictimaiyyət təcili bu ədalətsizliyə son qoymalı və Azərbaycanda akademik azadlıq və insan hüquqlarının müdafiəsinə qalxmalıdır.
İqbal Əbilovun elmi əsərləri haqqında daha ətraflı məlumatı linkə keçid edərək öyrənə
Talış alimi İqbal Əbilovun hüquqlarının müdafiəsi üzrə Beynəlxalq Təşəbbüs Qrupu
aşağıdakı məqsədləri qarşısına qoyur:
1. Məlumatlılığın artırılması: cəmiyyəti və dünya ictimaiyyətini İqbal Əbilovun ağır vəziyyəti
və müstəqil araşdırmaçıların üzləşdiyi problemlər haqqında məlumatlandırmaq.
2. Ədalətin müdafiəsi: İqbal Əbilovun alim və şəxsiyyət kimi haqlarının müdafiəsini və ona
qarşı ədalətli davranışın sərgilənilməyini tələb etmək üçün bütün dəstəyin səfərəbər etmək.
3. Akademik azadlığa dəstək: dövlət müdaxiləsi və hədə-qorxusundan kənar qərəzsiz və
müstəqil tədqiqatların mühümlüyünü təşviq etmək.
Biz həqiqətə və akademik azadlığa sadiqliyinə görə təqiblərə məruz qalan İqbal Əbilov və
bütün alimlərlə həmrəyik. Kampaniyamız təkcə bir insanın müdafiəsinə deyil, həm də
müstəqil araşdırmaların müdafiəsinə və qərəzsiz tədqiqat hüququnun qorunmasına
yönəlmişdir.
Təşəbbüs dəstəyə cəlb olunma və müraciətlərin yayılması üçün onlayn-kampaniyalar və
akademik forumlar daxil, bir sıra tədbirləri əhatə edəcək və bu məqsədlə, artıq etnoqraf İqbal Əbilovun haqsız teqibinin dayandırılması tələbi ilə petisiyaya başlamışlar:
Onlayn Petisiya Qrup insan hüquqları təşkilatlatını, akademik qurumları və bütün dünyada məsələyə laqeyd olmayan şəxsləri müdafiəyə qoşulmağa və ədalət və akademik azadlıq mübarizəsinə dəstək verməyə çağırır.
Məlumat: Talışlar Azərbaycanın cənub-şərqində yaşayan və sayları təxminən 2 milyon olan avtoxton xalq, milli azlıq və azərbaycanlıların özündən sonra sayca ikinci etnosdur. Talış dili Hind-Avropa dil ailəsinin iran qrupuna daxildir və davamlı zorakı assimilyasiya tədbirləri nəticəsində yoxolma ilə üz-üzə qalmışdır.
Petisiyanı imzala:
Media Əlaqə:
コメント