top of page

Rəfah alovlar içindədir: Qəzzada soyqırımına qarşı durun!



Ötən gecə İsrail Rəfahın Tal əs-Sultan bölgəsində didərgin düşmüş fələstinlilərə qarşı amansızcasına hücuma keçərək 23-ü qadın, uşaq və qoca olmaqla 45 nəfəri amansızcasına qətlə yetirib, 249 nəfəri yaralayıb. Qəzzada müharibə başlayandan bəri ən qanlı vəhşiliklərdən biri olan bu soyqrım aktı sığınacaqları ağır bombalarla dağıdıb, qurbanları parça-parça edib və bizi dəhşətə gətirib. 

 

Oktyabrın 7-də Həmasın hücumundan sonra İsrail yenidən vəhşiliyini özünümüdafiə pərdəsi altında ört-basdır edir. Bu mənasız bəraət 36.050 mülki şəxsin qəsdən öldürülməsinə və əksəriyyəti qadın və uşaqlardan ibarət daha 81.026 nəfərin yaralanmasına səbəb olub. Bunun ardınca 1,7 milyon insanı evindən didərgin edib, məhz elə bombalamaq üçün "humanitar zonalara" sıxışdırıb Rafahda həyatlarını cəhənnəmə çevirdi İsrael. Bu hərəkətlər təsadüfi deyil, hesablanmış soyqırım aktlarıdır.


1948-ci ilin Nəkbəsindən, İsrailin qurulmasının təxminən 700.000 fələstinlini didərgin saldığı vaxtdan bəri, sionistlərin gündəmi fələstinliləri öz torpaqlarından silmək və onların tarixini, bu gününü və gələcəyini yox etmək məqsədi daşıyır. Yəhudi məskənlərinin zaman-zaman genişlənməsi və geniş yayılmış militarizm vasitəsilə İsrail aparteid dövlətini əbədiləşdirməyə nail olurlar. Sionizm öz hökmranlığını təhsildən tutmuş mədəni həyata keçirərək davam edən soyqırımına şərait yaratmışdır. 


İsrail hərbi-sənaye kompleksi isə qlobal korporasiyalarla qarışıb, həm sionistlər, həm də beynəlxalq nəhəng şirkətlərin qazanc mənbəyidir. Elbit Systems, Rafael Advanced Defense Systems və Israel Aerospace Industries kimi şirkətlər təkcə dünya üzrə silah ixrac etmir, həm də onları Fələstinlilərin üzərində sınaqdan keçirir. Bu arada onu da qeyd etmək yerinə düşər ki, İsrail 2016-2020-ci illər arasında arsenalının təxminən 70%-ni Azərbaycana tədarük edib. Bu da 2020-ci il müharibəsində Azərbaycanın qələbəsini təmin etməklə yanaşı İsrailin müdafiə sənayesini gücləndirib.


İsraelə bəzi qlobal güclərin davamlı dəstəyinə rəğmən, Qəzza Həmrəyliyi üçün kütləvi etirazlar və atəşkəs çağırışları İsrail ordusunun öldürmə maşınının işini biraz ləngitmiş görünür. Təsəvvür edin, bu təzyiq olmasaydı, İsrael indi daha nə qədər fələstini öldürmüşdü. Bu aşkar reallıq fələstinlilərlə həmrəylik üçün davamlı təşkilatlanma və birbaşa fəaliyyətə ehtiyac olduğunu bir daha vurğulayır. Əgər İsraelin davamlı vəhşiliyini normallaşdırsaq, gələcək daha çox qana bulaşacaq.


Biz bu mübarizədə etirazlar, boykotlar, tətillər və kollektiv aksiyalarla birləşməliyik. Biz laqeyd siyasi liderlərə müraciət etməkdənsə, bu zorakılığı alovlandıran iqtisadi strukturları hədəfə almaqla Fələstindəki əzabları yüngülləşdirməyə kömək edə bilərik. Və həmrəyliklə deyirik:

“Qəzza, Qəzza ağlama, Fələstin heç vaxt ölməyəcək”

 

12 views

Commentaires


bottom of page